Konsulluq xidməti və Viza
Azərbaycan Respublikasına səfər edəcək Çin Xalq Respublikasının vətəndaşları üçün viza tələbinin 1 il müddətinə ləğv olunmasına dair mətbuat məlumatı

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə uyğun olaraq, 20 iyul 2024-cü il tarixindən 20 iyul 2025-ci il tarixinədək, 1 il müddətinə Azərbaycan Respublikasına səfər etmək istəyən Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunur.    

 

Həmin müddət (1 il) çərçivəsində Çin Xalq Respublikası vətəndaşları Azərbaycan Respublikasına 3 (üç) dəfə vizasız səfər etməklə, hər girişdə 30 günədək qala bilərlər.

 

Qeyd edilən qərar iki ölkə arasında turizmin inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti