Mətbuat şərhi 24 iyun 2025

28 May – Müstəqillik Günü münasibətilə Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi tərəfindən rəsmi ziyafət təşkil olunmuşdur

Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Çin Xalq Respublikasının xarici işlər nazirinin köməkçisi cənab Liu Bin, Çindəki səfirlər, diplomatlar, Çin ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov çıxışında bildirmişdir ki, Azərbaycan ilə Çin arasında dostluq əlaqələri dərin tarixə malikdir. Prezident İlham Əliyevin bu il Çinə dövlət səfərinin uğurlu keçməsi ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açmışdır. Azərbaycan bundan sonra da bir Çin prinsipinə sadiq qalacaq, "Kəmər və Yol" əməkdaşlığının birgə qurulmasında fəal iştirak edəcək, Azərbaycan-Çin əlaqələrinin davamlı inkişafı üçün töhfə verəcək.

Nazir köməkçisi Liu Bin Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik etmiş və bildirmişdir ki, iki dövlət başçısının strateji planlaşdırması və rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri bir il ərzində iki mühüm sıçrayış edərək, tarixində ən yüksək səviyyəyə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə artmışdır. Çin tərəfi iki dövlət başçısının əldə etdiyi mühüm konsensusu həyata keçirmək, bu istiqamətdə daha yeni nəticələr əldə etmək üçün qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli münasibətlərin məzmununu davamlı şəkildə zənginləşdirmək üçün Azərbaycan ilə birgə işləməyə hazırdır.

Tədbir Azərbaycandan milli musiqisinin müşayiəti və milli mətbəxinin təamlarından ibarət banket formatında davam etmişdir.  

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti