news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 yanvar 2026

Çin Xalq Respublikasının Honkonq və Makao Xüsusi İnzibati Regionlarının Hökumətləri tərəfindən rəsmiləşdirilmiş ümumvətəndaş pasportlarına malik şəxslərin 2026-cı ilin 2 fevral tarixindən 2027-ci ilin 2 fevral tarixinədək viza tələbindən azad olunmasına dair

 

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələri nəzərə alınaraq, həmçinin ölkələrimiz arasında iqtisadi, mədəni, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Çin Xalq Respublikasının Honkonq və Makao Xüsusi İnzibati Regionlarının Hökumətləri tərəfindən rəsmiləşdirilmiş ümumvətəndaş pasportlarına malik şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması olması üçün viza tələbi 2026-cı ilin 2 fevral tarixindən 2027-ci ilin 2 fevral tarixinədək ləğv edilir. Çin Xalq Respublikasının Honkonq və Makao Xüsusi İnzibati Regionlarının  ümumvətəndaş pasportlarına malik şəxslər Azərbaycan Respublikasına il ərzində üç dəfə vizasız gələ və hər girişdə 30 günədək qala bilərlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti