news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 avqust 2017

Pekində 15-ci Beynəlxalq Kitab Festivalında Azərbaycan da təmsil olunur

Çinin paytaxtı Pekində 15-ci Beynəlxalq Kitab Festivalı keçirilir. Sərgidə ölkəmizdə son illər müxtəlif mövzularda nəşr olunan kitablar nümayiş olunur. Dünyadan 89 ölkədən 2500 iştirakçının təmsil olunduğu sərgi çərçivəsində Azərbaycan Səfirliyinin xüsusi təşkilatçılığı ilə Azərbaycan guşəsində 1000-dən çox kitab və jurnal nümayiş olunur. Azərbaycan guşəsində sərgilənən kitablar arasında ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən nəşrlər üstünlük təşkil edir. Azərbaycan guşəsində həmçinin ölkəmizin tarixi, xalçaçılıq və turizm potensialı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinə dair ayrı-ayrı jurnal və broşürlər iştirakçılara paylanıb. Azərbaycan stendi ilə tanış olan Çinli və xarici ziyarətçilər burada ədəbiyyat, elm və mədəniyyət xadimlərinin əsərləri, eləcə də çağdaş ədəbiyyat nümayəndələrinin kitabları ilə maraqlanıblar. Sərgidə ölkəmiz haqqında çin, rus və ingilis dillərində ensiklopedik təyinatlı jurnal və digər nəşrlər də mühüm yer tutur. 23 avqust tarixində başlayan 15-ci Pekin Beynəlxalq Kitab Festivalı 5 gün davam edəcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti