2020-03-16

Çinə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Hörmətli vətəndaşlar,

Nəzərinizə çatdırmaq istərdik ki, cari ilin 16 mart tarixindən etibarən Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinə səfər edən bütün əcnəbilər şəhərə daxil olduqdan dərhal sonra dövlət tərəfindən müəyyən olunmuş otellərdə 14 günlük tibbi müşahidə altına alınacaqdır. Bu müddət ərzində oteldə qalma, yemək və digər bütün xərclər səfər edən şəxslər tərəfindən ödəniləcəkdir.

Bildirmək istərdik ki, Pekin şəhərinə səfər edən sərnişinlər üçün Pekin "Capital" Hava Limanının 3-cü terminalının D zonasında sanitar nəzarət təşkil edilmişdir. Burada ilkin baxış (termometriya) həyata keçirilərək, tibbi anketlər doldurulacaqdır. Pekinə gələn əcnəbilərin COVİD-19 xəstəsi və ya xəstə şəxslərlə yaxın əlaqəsi olmadığı təqdirdə, hava limanında müəyyən olunmuş avtobuslarla Çin Beynəlxalq Ekspo Mərkəzinin (China International Exhibition Center) yeni filialının bazasında yaradılmış xüsusi paylayıcı mərkəzə aparılacaqdır. Oradan isə xüsusi qruplara ayrılaraq məcburi 14 günlük karantini keçmək üçün dövlət tərəfindən ayrılmış mehmanxanalara paylanacaqdır.

Искать в архивах