2020-08-14

Türkiyə Respublikasının İstanbul şəhəri üzərindən Azərbaycan Respublikasına səfər edən vətəndaşlarımızın nəzərinə

Bildiyiniz kimi Çin Xalq Respublikasının Quancou və Honkonq şəhərlərindən Türkiyə Respublikasının İstanbul şəhərinə birbaşa uçuşların həyata keçirilməsi ilə əlaqədar vətəndaşlarımız həmin marşrutdan mütəmadi olaraq istifadə etməkdədir.

Bununla əlaqədar olaraq bildiririk ki, ümumvətəndaş pasportlarının etibarlılıq müddətinin bitməsinə 3 aydan az müddət qalmış və ya qayıdış şəhadətnaməsi əsasında Türkiyə Respublikasının İstanbul şəhəri üzərindən Azərbaycan Respublikasına səfər edəcək vətəndaşlarımız Türkiyə Respublikası ərazisinə buraxılmayacaqdır. 

Belə ki, İstanbul Yeni Hava Limanındakı yeganə COVİD-19 test mərkəzi Türkiyə qanunvericiliyinə əsasən həmin ölkənin ərazisi hesab edildiyindən, yuxarıda qeyd olunan kateqoriyaya aid vətəndaşlarımızın İstanbul Yeni Hava Limanında testdən keçməsi mümkün olmayacaqdır  və  onlar İstanbul-Bakı marşrutu üzrə həyata keçirilən çarter uçuşlarına buraxılmayacaqdır. 

Bu səbəbdən, Ümumvətəndaş pasportlarının etibarlılıq müddətinin bitməsinə 3 aydan az müddət qalmış və ya qayıdış şəhadətnaməsi əsasında Türkiyə Respublikasının İstanbul şəhəri üzərindən Azərbaycan Respublikasına səfər edəcək vətəndaşlarımızın əvvəlcədən Çin Xalq Respublikası ərazisində  COVİD-19 testindən keçmələri xahiş olunur.

 

Искать в архивах