Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri |
||||
Sıra sayı |
Konsul əməliyyatlarının adı |
|||
|
ABŞ dolları ilə |
|||
1 |
16.1.1.ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə |
|
25 |
|
2 |
16.1.2. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə |
|
10 |
|
3 |
16.1.4. tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə |
|
20 |
|
4 |
16.1.6. tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə - Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşlarına |
|
|
|
5 |
16.1.5. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə |
|
350 |
|
6 |
16.1.7. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə - Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşlarına |
|
|
|
7 |
16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə |
|
60 |
|
8 |
16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə |
|
60 |
|
9 |
16.3.1. nikahın qeydə alınmasına görə |
|
10 |
|
10 |
16.3.2. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə |
|
40 |
|
11 |
16.3.4. soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə |
|
20 |
|
12 |
16.3.6. vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə |
|
10 |
|
13 |
16.3.7. xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə alınması məqsədilə ailə vəziyyətinə dair arayışın verilməsinə görə |
|
10 |
|
14 |
16.4.1.2. ölkə xaricində sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün) |
|
10 |
|
15 |
16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən nəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin təsdiqinə görə |
|
20 |
|
16 |
16.6.4. sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqinə görə |
|
10 |
|
17 |
16.6.5. sənədlərin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər sənəd üçün) - xarici dillərdən |
|
10 |
|
18 |
16.6.5. sənədlərin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər sənəd üçün) -xarici dillərə |
|
20 |
|
19 |
16.6.6. sənədlərdəki imzanın, o cümlədən tərcüməçinin imzasının həqiqiliyinin təsdiqinə görə (hər sənəd üçün) |
|
20 |
|
20 |
16.7. Digər konsul əməliyyatlarına görə |
|
10 |
Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri |
|
|
Sıra sayı |
|
|
|
||
1. |
17.1. Aşağıdakı hallarda bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumu alınmır: |
|
1 |
17.1.1. xidməti və diplomatik pasportların verilməsinə və ya dəyişdirilməsinə görə; |
|
2 |
17.1.2. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında mülki, ailə və cinayət işlərində hüquqi yardım haqqında, alimentlər haqqında, pensiya haqqında və övladlığa götürmə məsələləri haqqında müqavilələrə uyğun olaraq bu ölkənin səlahiyyətli orqanlarının və ayrı-ayrı vətəndaşlarının sorğusuna əsasən sənədlərin tələb olunub alınmasına görə; |
|
3 |
17.1.3. Dövlət nümayəndə heyətinin tərkibində xarici ölkələrə ezam olunan şəxslərin pasport və digər gediş sənədləri rəsmiləşdirildikdə; |
|
4 |
17.1.4. Azərbaycan Respublikasının xeyrinə əmlakın bağışlanmasına dair müqavilələrin və vəsiyyətnamələrin təsdiq edilməsinə görə; |
|
5 |
17.1.5. Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakının mühafizəsinə görə. |
|
6 |
17.2. Bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumları Azərbaycan Respublikasına gələn aşağıdakı əcnəbilərdən alınmır: 17.2.1. Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən; 17.2.2. Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən; 17.2.3. Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən; 17.2.4. Müdafiə xətti ilə səfər edənlərdən. |
|
7 |
17.3. Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə dövlət rüsumu tutulur. |
|
8 |
17.4. Bu Qanunun 16.6-cı maddəsində göstərilən dövlət rüsumundan əlavə vərəsələr və miras qoyanlar daşınmaz vərəsəlik əmlakının mühafizəsi üçün, otaq icarəsi, mühafizəsi, nəqliyyat, ezamiyyət, poçt, dəftərxana və sair faktiki xərcləri ödəyirlər. |
|
9 |
17.5. Sənədlərin saxlanılması və qəbulu zamanı ehtimal olunan saxlama müddətinə görə dövlət rüsumu əvvəlcədən ödənilir və tamamlanmamış ay tamamlanmış ay kimi nəzərə alınır. |
|
10 |
17.6. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində dövlət büdcəsinə köçürülür. |
|
11 |
17.6-1. xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən oluna bilər. |
|
12 |
17.7. Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Bu maddənin birinci cümləsində göstərilən hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. |