Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkiləri

Əziz həmvətənlər,

Məlum olduğu kimi, 7 fevral 2024-cü ildə Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkiləri keçiriləcəkdir.

Səsvermə günü Çin Xalq Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüququnun təmin olunması məqsədilə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində də seçki məntəqəsinin yaradılması nəzərdə tutulur. Hazırda konsulluq qeydiyyatına alınmış Azərbaycan Respublikası vətəndaşlarının siyahısı dəqiqləşdirilir.

Bu xüsusda, Çin Xalq Respublikasında daimi yaşayan və ya müvəqqəti olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına daxil edilməsi üçün ümumvətəndaş pasportlarının surətini və Çin Xalq Respublikasında yaşadıqları ünvanları bərədə məlumatları 29 dekabr 2023-cü ilədək aşağıdakı əlaqə vasitələri ilə səfirliyin konsulluq bölməsinə təqdim etmələri xahiş olunur.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən əvvəlcədən təqdim və təsdiq olunmuş seçici siyahısında göstərilən sayda seçki bülleteni göndəriləcəkdir.

Vətəndaşlarımızı qarşıdan gələn seçkilərdə aktiv iştirak etməyə dəvət edirik.

 

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi

Ünvan: Liangmaqiao Middle Street N:5, Chaoyang District, Beijing, 100600

Əlaqə vasitələri:

Tel: (+86 10) 65 32 46 14

65 32 46 98

Fax: (+86 10) 65 32 46 15

E-mail: mailbox@azerbembassy.org.cn

Qaynar xətt: 156 2495 9899 (Wechat)

Search in archive