2020-03-16

Çin Xalq Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!!!

Hörmətli vətəndaşlar!

Son dövrlərdə baş vermiş koronavirus epidemiyası ilə əlaqədar xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına daha keyfiyyətli konsulluq yardımının göstərilməsi və vətəndaşlarımızın mümkün qısa müddət ərzində operativ məlumatlandırılması zərurəti yaranmışdır. Bu məqsədlə ÇXR-də yaşayan vətəndaşlarımızın Azərbaycan Respublikasının ÇXR-dəki Səfirliyinin konsulluq şöbəsində konsulluq qeydiyyatına düşməsi tövsiyyə olunur. Qeydiyyata düşmək üçün  aşağıdakı anketlərdən (Anket 1, Anket 2) sizə aid olanı dolduraraq, pasportunuzun surəti ilə birlikdə Səfirliyin mailbox@azerbembassy.org.cn elektron poçt ünvanına və ya Səfirliyin qaynar xəttinin (+8615624959899) olduğu WeChat hesabına göndərilməsi xahiş edilir.

Search in archive