Konsulluq xidməti və Viza
Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası

Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası

Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi üçün Səfirliyin konsulluq bölməsinə aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. Sürücülük vəsiqəsinin doğruluğunun təsdiqlənməsinə dair ərizə (azad formada);
  2. Sürücülük vəsiqəsinin surəti;
  3. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin/sənədlərin surəti (ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi);
  4. 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz.
    Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
    Embassy of the Republic of Azerbaijan                           
    Bank of China, Tel.: 95566
    IBAN: USD 778350025820
    ; RMB778350164570
    Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.
    Qeyd: Sorğunun cavablandırılması 2 (iki) ayadək davam edə bilər.

Diqqət! Sənədlər şəxsən və ya poçt vasitəsilə Səfirliyin konsulluq bölməsinə təqdim edilə bilər.

Şəxsən: Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARI: İş günləri saat 10:00-dan - 12:30-dəkdir.

Poçt vasitəsilə: Sənədlər poçt vasitəsilə təqdim edildiyi və geri göndəriləcəyi halda poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə səfirlik hər hansı məsuliyyət daşımır. 

Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və elektron poçt ünvanlarını qeyd etmələri xahiş olunur.

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti