Məhkumluq haqqında arayışın verilməsi
Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.
Müvafiq arayışın Səfirliyin Konsulluq bölməsi vasitəsilə alınması üçün aşağıda qeyd olunan sənədlər poçtla Səfirliyin Konsulluq bölməsinə təqdim olunmalıdır:
- Vətəndaşın ərizəsi;
- Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;
- Sorğu göndərilməsi üçün Səfirliyin hesabına 10 ABŞ dolları dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz. (Bank of China, Tel.: 95566
IBAN: USD 778350025820; RMB 778350164570); - Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.
Qeyd 1. Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.
Qeyd 2. Şəxsin özünün iştirakı mümkün olmadıqda, Azərbaycan Respublikasının ÇXR-dəki Səfirliyinin Konsulluq bölməsi tərəfindən təsdiq edilmiş etibarnamə ilə etibar edilmiş şəxs Azərbaycan Respublikasının səlahiyyətli orqanlarından müvafiq arayışı əldə edə bilər.
Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Embassy of the Republic of Azerbaijan
Bank of China, Tel.: 95566
IBAN: USD778350025820; RMB778350164570