Səfirlik
Səfirlik
Səfirin tərcümeyi-halı
31 mart 1977-ci ildə Ermənistanda anadan olub.
| Təhsili: | |
| 1993-1998 | Şərqşünaslıq fakültəsi, Bakı Dövlət Universiteti, |
| 2000 | Gənc diplomatlar üçün xüsusi kurs, Misir Diplomatik Akademiyası |
| 2001 | “Azərbaycan Respublikasının Xarici Siyasət Kursu”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası |
| 2001 | Gənc diplomatlar üçün xüsusi kurs, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Məktəbi |
| 2015 | “Qabaqcıl Diplomatik Xidmət Proqramı 2015”, ADA Universiteti |
| Əmək fəaliyyəti: | |
| 2000 | Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatı və İslam Konfransı Təşkilatı ölkələri idarəsinin attaşesi |
| 2001 | Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Ərazi İdarəsinin attaşesi |
| 2001-2005 | Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin üçüncü katibi |
| 2005-2006 | Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Ərazi idarəsinin ikinci katibi |
| 2006-2009 | Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin birinci katibi |
| 2009-2012 | Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Ərazi İdarəsinin şöbə müdiri |
| 2013-2016 | Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya idarəsinin rəis müavini |
| 2016-2021 | Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri |
| 2019 | Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir |
| 2021-2023 | Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəisi |
| 29 avqust 2023-cü ildən | Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri |
| Xarici dillər: | |
| Fars, rus, ingilis dillərini bilir. | |
| Ailə vəziyyəti: | |
| Ailəlidir, iki övladı var. | |