Konsulluq xidməti və Viza
Subaylıq haqqında arayışın verilməsi

 

Subaylıq haqqında arayışın verilməsi

 

Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir. 

Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə  aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;
  3. Səfirliyin bank hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz (Bank of China, Tel.: 95566
    IBAN: USD778350025820; RMB778350164570);

Qeyd 1: Əvvələr nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni və ya ərin (arvadın) ölüm şəhadətnaməsini, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim etməlidirlər.

Qeyd 2. Şəxsin özünün iştirakı mümkün olmadıqda, Azərbaycan Respublikasının ÇXR-dəki Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmiş etibarnamə ilə etibar edilmiş şəxs Azərbaycan Respublikasının səlahiyyətli orqanlarından müvafiq arayışı əldə edə bilər.

Qeyd 3. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə məsuliyyət daşımır.

 

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Embassy of the Republic of Azerbaijan                           
Bank of China, Tel.: 95566
IBAN: USD778350025820; RMB778350164570

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti