Konsulluq xidməti və Viza
Konsulluq qeydiyyatı

Konsulluq qeydiyyatı

 

Çin Xalq Respublikasının səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında ÇXR-də daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının ÇXR-dəki Səfirliyinin konsulluq bölməsində uçota alınırlar.

 

Azərbaycan Respublikasının vətəndaşlarının konsulluq qeydiyyatına alınması üçün tələb olunan sənədlər:

  • Anket (ÇXR ərazisində daimi və ya müvəqqəti yaşayanlar üçün (anket tam şəkildə doldurulmalıdır));
  • ÇXR ərazisində daimi və ya müvəqqəti yaşayış icazəsi verən sənədin surəti (Aufenthaltstitel);
  • 1 ədəd rəngli fotoşəkil (3x4);
  • Ümumvətəndaş pasportunun əsli və surəti.

 

Qeyd: Konsulluq qeydiyyatının aparılması məqsədilə vətəndaşlar şəxsən və ya poçt vasitəsilə Səfirliyin konsulluq bölməsinə müraciət edə bilərlər.

Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARI: İş günləri saat 10:00-dan - 12:30-dəkdir.

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə məsuliyyət daşımır. 

 

Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı öz telefon nömrələrini və elektron poçt ünvanlarını qeyd etmələri xahiş olunur.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti