VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən Çin Xalq Respublikasında daimi/müvəqqəti yaşayan Azərbaycan Republikası vətəndaşlarına onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.
Tələb olunan sənədlər
- Müvafiq təkrar şəhadətnamə üzrə Ərizə:
- Doğumun qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə;
- Ölümün qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə;
- Nikahın qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə;
- Nikahın pozulmasının qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə;
- Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən etibarlı sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- Ərizə verən şəxsin Çin Xalq Respublikasında daimi/müvəqqəti yaşadığını təsdiq edən sənəd(lər);
- Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr).
İştirak etməli olan şəxslər
- Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
- Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
- Ölənlər barəsində - onların qanuni varisləri;
- Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
Dövlət rüsumu
- dövlət rüsumunun Səfirliyin bank hesabına ödənilməsini təsdiq edən qəbz (Bank of China, Tel.: 95566, IBAN: USD778350025820; RMB778350164570) (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3.5.-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə 10 ABŞ dolları məbləğində dövlət rüsumu müəyyən olunmuşdur;
- 3 AZN dövlət rüsumu aşağıda məlumatları qeyd olunan ünvana ödənilməli və qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
B1. Benefisiar (alan bank)
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1602473621
Müxbir hesab: AZ85NABZ01360100000003003944
SWIFT BIK: CTREAZ22XXX
B2. Alan müştəri
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti
Hesab nömrəsi: AZ17CTRE00000000000002117131
VÖEN: 1602473621
Büdcə təsnifat kodu: 142215
Büdcə səviyyə kodu: 7