Əziz oxucu,
Sizi Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin internet səhifəsində salamlayıram.
Səfirliyin internet səhifəsinin əsas məqsədi Azərbaycanın tarixi, mədəniyyəti, siyasəti, iqtisadiyyatı, investisiya və turizmi imkanları barədə siz oxuculara məlumat verməkdir.
Ümid edirəm ki, səhifəmizdə tarixi İpək Yolunun üzərində, eyni zamanda mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən, dərin tolerantlıq və multi-kulturalizm irsinə malik qonaqpərvər ölkəmiz haqqında ətraflı məlumat əldə edəcəksiniz.
Əminəm ki, ölkələrimiz arasındakı hərtərəfli strateji tərəfdaşlıq xalqlarımızın uzunmüddətli rifahına töhfə verəcək, “Kəmər və yol təşəbbüsü” çərçivəsində əməkdaşlığımızı daha da dərinləşdirəcəkdir.
Sizi Azərbaycan və Çin xalqları arasında əlaqələrin daha da güclənməsi istiqamətində həyata keçirilən səfərlər və tədbirlər barədə xəbərdar olmaq üçün bu veb səhifə ilə yanaşı Səfirliyin sosial media hesablarını izləməyə dəvət edirik.
Saytımızı ziyarət etdiyiniz üçün təşəkkür edirik.
Ən xoş arzularla,
Bünyad Hüseynov
Azərbaycan Respublikasının Səfiri