Çin Xalq Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair
Çin Xalq Respublikasında soyadını və ya adını dəyişmiş Azərbaycan Respublikası vətəndaşlarına yeni məlumatı əks etdirən AR-in ümumvətəndaş pasportu yalnız vətəndaşın yeni məlumatı özündə əks etdirən şəxsiyyət vəsiqəsi əldə etməsindən sonra rəsmiləşdirilə bilər. Nəzərə alınmalıdır ki, hazırda şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan Respublikasında rəsmiləşdirilir.
Bunun üçün həmin sənədin əsli ilk növbədə həmin sənədi rəsmiləşdirən qurumdan üst qurumda təsdiq edilməlidir. Bundan sonra təsdiq olunmuş sənədin əsli, həmçinin 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz (və ya hesabdan çıxarış) Səfirliyin konsulluq bölməsinə poçt vasitəsilə təqdim olunmalıdır.
Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Embassy of the Republic of Azerbaijan
Bank of China, Tel.: 95566
IBAN: USD778350025820; RMB778350164570
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.
Qeyd: Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə səfirlik məsuliyyət daşımır.