Konsulluq xidməti və Viza
Viza

Viza

 

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”ə əsasən 16 iyul 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik Azərbaycan Respublikasının vətəndaşları və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik Çin Xalq Respublikasının vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir. 

Səfirlikdə viza rəsmiləşdirilməsi üçün müraciət qaydaları

ÇXR vətəndaşları və ya ÇXR-də yaşamaq hüququ olan əcnəbilər tək və ya çoxdəfəli giriş vizası ilə bağlı Səfirliyin konsulluq bölməsinə müraciət edə bilərlər. Vizanın rəsmiləşdirilməsi prosesi 10 iş gününədək davam etdiyini nəzərə alaraq müraciətçilərdən tələb olunan sənədlərin konsulluq bölməsinə əvvəlcədən təqdim edilməsi tövsiyə olunur. Viza rəsmiləşdirilməsi üçün sənədlər Səfirliyin konsulluq bölməsinə ərizəçilər tərəfindən şəxsən və ya poçt vasitəsilə təqdim edilə və təhvil alına bilər.

Diqqət! Viza üçün ərizə-anket tam cavablandırılmadığı və tələb olunan sənədlər tam şəkildə tərtib və təqdim edilmədiyi halda viza müraciəti qəbul edilməyəcək və sənədlər geri qaytarılacaqdır. Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır. 

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır. Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və electron poçt ünvanlarını qeyd etmələri xahiş olunur.

Şəxsi, işgüzar, elm və təhsil ilə bağlı səfərlər üçün tələb olunan sənədlərin siyahısı:

  1. Ərizə-anket (ərizə-anket çap hərflərlə tam doldurulmalıdır   Viza almaq üçün ərizə-anket ); Bu ərizə-anket  Viza almaq üçün ərizə-anket portalı vasitəsilə doldurula bilər;
  2. Pasport və onun surəti (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən ən azı 3 ay artıq olmalıdır. Pasportda viza üçün nəzərdə tutulan boş səhifə olmalıdır);
  3. Biometrik fotoşəkil - 2 ədəd (3x4);
  4. Şəxsi səfərlər üçün dəvət məktubu: Fiziki şəxslər tərəfindən şəxsi səfər üçün dəvət məktubu notarial qaydada təsdiq edilməli və dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə birlikdə təqdim edilməlidir (notarial qaydada təsdiq edilmiş məktubun surəti də təqdim oluna bilər). Qeyd: Dəvət edən Azərbaycan vətəndaşı dəvət məktubunu Azərbaycan dilində tərtib etməlidir. Dəvət edən şəxs Azərbaycanda yaşadığı təqdirdə, dəvət məktubu yerli notariusda notarial qaydada təsdiq edilməlidir.
  5. İşgüzar, elm və təhsil səfərləri: Hüquqi şəxslər tərəfindən dəvət olunduğu halda, qəbul edən tərəfin (hüquqi şəxsin) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənmiş vəsatətinin əsli və ya surəti. 

Ətraflı məlumat üçün: https://mfa.gov.az/az/category/viza/azerbaycan-respublikasina-ecnebini-ve-ya-vetendasligi-olmayan-sexsi-devet-etmek-ucun-teleb-olunan-senedler

  1. Çin Xalq Respublikasında yaşayan əcnəbilər üçün ÇXR-də müvəqqəti və ya daimi yaşayış icazəsi;
  2. Dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz.
    Səfirliyin konsuluq bölməsinin bank rekvizitləri:
    Embassy of the Republic of Azerbaijan                           
    Bank of China, Tel.: 95566
    IBAN: USD 778350025820; RMB778350164570

Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.

        Qeyd: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və elektron poçt ünvanlarını qeyd etmələri xahiş olunur.

  Turizm məqsədilə səfər edənlərə viza rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər: 

  1. Ərizə-anket  (ərizə-anket çap hərflərlə doldurulmalıdır);
  2. Pasport və onun surəti (pasportun etibarlılıq müddəti viza verildiyi gündən etibarən ən azı 90 gündən tez bitməməlidir və pasportda viza üçün nəzərdə tutulan boş səhifə olmalıdır);
  3. Biometrik fotoşəkil - 2 ədəd (3x4);
  4. Otel sifarişinin surəti (ölkədə qalma tarixlərinə uyğun) və bron edilmiş təyyarə biletinin surəti (eləcə də qatar, avtobus biletinin surəti və ya nəqliyyat vasitəsinin sənədinin surəti);
  5. ÇXR-də yaşayan əcnəbilər üçün ÇXR-də müvəqqəti və ya daimi yaşamaq icazəsi;
  6. Beynəlxalq tibbi səyahət sığortasının surəti; 
  7. Dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz.
    Embassy of the Republic of Azerbaijan                           
    Bank of China, Tel.: 95566
    IBAN: USD 778350025820; RMB778350164570

Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.

Tranzit kateqoriyalı vizanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Qeyd: Tranzit kateqoriyalı viza təyinat ölkəsinə səfər edən və Azərbaycan Respublikasından tranzit keçən şəxslər üçün rəsmiləşdirilir. Birdəfəlik tranzit vizanın etibarlıq müddəti 1-5 gün təşkil edir. 

  1. Ərizə-anket (ərizə-anket çap hərflərlə doldurulmalıdır);
  2. Pasport və onun surəti (pasportun etibarlılıq müddəti viza verildiyi gündən etibarən ən azı 90 gündən tez bitməməlidir və pasportda viza üçün nəzərdə tutulan boş səhifə olmalıdır);
  3. Biometrik fotoşəkil - 2 ədəd (3x4);
  4. Təyinat ölkəsinin etibarlı vizası və ya təyinat ölkəsində olma hüququnu təsdiq edən sənədin surəti;
  5. Dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz.

Səfirliyin konsuluq bölməsinin bank rekvizitləri:

Embassy of the Republic of Azerbaijan                           
Bank of China, Tel.: 95566

IBAN: USD 778350025820

Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.

Diplomatik, xidməti, rəsmi və ya xüsusi pasportlara malik şəxslər üçün vizasız gediş-gəliş rejimi:

Azərbaycan Respublikası və bir sıra xarici ölkələr arasında qarşılılıq prinsipi əsasında diplomatik, xidməti, rəsmi və ya xüsusi pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş rejimi tətbiq olunur: https://mfa.gov.az/files/shares/Consulate/Vizasiz.pdf

Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumlarının dərəcələri:

Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumunun dərəcələri: https://mfa.gov.az/files/shares/Consulate/viza%20rusum.pdf 

Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq   

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti