Azərbaycan müəllim və şagird heyəti Pekində “Kəmər və Yol Gənclər Yaradıcılığı Kampı və Müəllimlər üçün Təlim” adlı tədbirdə iştirak etmişdir.
Cari ilin 14-21 Noyabr tarixində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Kəmər və Yol Gənclər Yaradıcılığı Kampı və Müəllimlər üçün Təlim” adlı tədbir keçirilmişdir. 29 ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin müəllim və şagird heyəti təmsil etmiş və ən yaxşı komanda işləri, ən yaxşı istehsalçı, ən yaxşı təqdimat və bu kimi mükafatlara layiq görülmüşdür.
Cari ilin Noyabr ayının 21-də tədbirdə iştirak edən Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin müəllim və şagird heyəti Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində fövqəladə və səlahiyyətli Səfir cənab Əkrəm Zeynallı tərəfindən qəbul edilmişdir. Tədbirdə əldə etdikləri uğurlara görə iştirakçıları təbrik edən Səfir, Azərbaycan - Çin münasibətlərinin bütün sahələr üzrə dinamik inkişaf etdiyini, xüsusən təhsil sahəsində iki ölkə arasında böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırmışdır.







