news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 oktyabr 2017

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Si Cinpini təbrik etmişdir.

Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi zati-aliləri cənab Si Cinpinə

Zati-aliləri,

Çin Kommunist Partiyasının XIX Qurultayının uğurla başa çatması və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və rəhbərlik etdiyiniz partiyanın bütün üzvlərini şəxsən öz adımdan və Yeni Azərbaycan Partiyasının üzvləri adından səmimi qəlbdən təbrik edirəm.

Ölkənizin ictimai-siyasi həyatında tarixi hadisə olan XIX Qurultay Çin Kommunist Partiyasının yeniləşməsi, onun gələcək fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşməsi, bütövlükdə xalqınızın rifahı, ölkənizin sosial-iqtisadi inkişafı, eləcə də xarici siyasət xətti ilə bağlı irəli sürdüyünüz yeni konsepsiyanın qəbul olunması kimi mühüm qərarlar ilə əlamətdar olmuşdur.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasını xoş ənənələrə malik dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Bu gün ölkələrimizin aparıcı siyasi qüvvələri kimi Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı fəal dialoq eyni zamanda xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsinə və bütövlükdə Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfələr verir.

Əminəm ki, dərin tarixi kökləri olan Azərbaycan-Çin əlaqələrinin daha da 

Yeni Azərbaycan Partiyasının Sədri

Bakı şəhəri, 25 oktyabr 2017-ci il.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti