20 Yanvar qurbanları Pekində anıldı
Azərbaycan Respublikasının Pekindəki Səfirliyində 20 Yanvar faciəsi ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən səfir Əkrəm Zeynallı tədbir iştirakçılarını faciədə həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir.
Səfir Əkrəm Zeynallı həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyevin faciənin ertəsi günü ailə üzvləri ilə birlikdə Azərbaycan nümayəndəliyinə gələrək qanlı hadisəni pisləyən kəskin bəyanatla çıxış etdiyini və xalqımızın başına gətirilən müsibəti bütün dünyanın diqqətinə çatdırdığını bildirmişdir. O qeyd etmişdir ki, yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmişdir.
Sonda Qara Yanvar hadisələrinə həsr edilmiş sənədli film nümayiş olunmuşdur.
