Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinə işgüzar səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 30 Avqust – 3 Sentyabr 2025-ci ildə bu ölkəyə işgüzar səfərə etmişdir. Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının sənaye və informasiya texnologiyaları naziri Li Leçen və digər rəsmi şəxslər qarşılamışlar.
Səfər şərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikitərəfli görüş keçirmiş, həmçinin ÇXR Sədrinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında Zirvə toplantısında, eləcə də Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak etmişdir.